08 Aprel 2021 11:54
665
SİYASƏT
A- A+

Cibutili diplomat: Ağdama səfərimiz zamanı bu şəhərin tamamilə dağıdıldığını gördük  

 Ağdama səfərimiz zamanı şəhərin tamamilə dağıdıldığının şahidi olduq. Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı öz gözlərimizlə gördük. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycan dövlətinə dəstəyimizi davam etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib.

O bildirib: “Bildiyimiz kimi, İslam sülh dinidir. Bu baxımdan, biz dünyada sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməməliyik. Biz dünyada sülhün, barışın tərəfdarı olduğumuzu bir daha bəyan edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video