20:19 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Charite» klinikasının həkimləri İmran Cəfərzadənin vəziyyətini qiymətləndirmişlər
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:08 02.08.2013

 

İyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə iyulun 26-da Almaniyaya gətirilmiş və Berlində "Charite" klinikasının uşaq cərrahiyyəsi bölməsinə yerləşdirilmişdir.

İmran Cəfərzadənin müayinəsi və müalicəsi ilə adıçəkilən klinikanın aparıcı həkimlərindən ibarət heyət məşğul olur. İyulun 26-da xəstənin üzərində həyata keçirilən və təxminən 6 saat davam edən cərrahiyyə əməliyyatı uğurla nəticələnmiş, xəstənin vəziyyəti sabitləşmişdir.

İyulun 30-da İmran Cəfərzadə müayinə edilmiş və bundan sonra xəstənin hazırkı durumuna dair ikinci böyük konsilium keçirilmişdir. Konsiliumda bildirilmişdir ki, hazırda İmran Cəfərzadənin həyatına təhlükə yoxdur və həkimlər diqqəti xəstənin ümumi vəziyyətinin sabit saxlanılmasına və bədən xəsarətlərinin aradan qaldırılmasına yönəltmişlər.

Konsiliumda qeyd olunmuşdur ki, hazırkı vəziyyətdə intensiv müalicənin prioriteti İmran Cəfərzadənin sağ və sol ayaq nahiyələrində xəsarət almış əzələlərdə iltihablaşmanı aradan qaldırmaqdan ibarətdir. Xəsarət almış ayaq sümükləri üçün infeksiya təhlükəsinin qarşısını almaqdan ötrü həkimlər xəstənin ayaqlarına irinsoran cihaz yerləşdirmişlər. Həkimlərin sözlərinə görə, sonuncu müayinədə bu prosesin uğurla getdiyi müəyyən olunmuşdur və iltihablaşmanın səviyyəsi bir neçə gündən sonra bir daha müayinə ediləcəkdir. Bildirilmişdir ki, xəstənin ayaqlarında olan yaraların sağalması prosesi daha bir neçə həftə davam edəcəkdir.

Azərbaycanın Almaniyadakı səfirliyi "Charite" klinikası ilə mütəmadi əlaqə saxlayır və İmran Cəfərzadənin səhhəti ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasını və Heydər Əliyev Fondunu sistemli olaraq məlumatlandırır.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Berlin



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM