14 Sentyabr 2019 14:51
1801
Qəbullar
A- A+

Ceyms Layl ŞARP: “Əsrin müqaviləsi” çərçivəsində əlaqələr ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsidir”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Ceyms Layl Şarp fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ceyms Layl Şarp etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycan-Böyük Britaniya tərəfdaşlıq əlaqələrinin zəngin tarixə malik olduğunu və uzun illər uğurla inkişaf etdiyini dedi, keçən ilin aprelində Böyük Britaniyaya səfərini və səfər zamanı aparılan səmərəli müzakirələrin əməkdaşlığımızın inkişafında rolunu qeyd etdi. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın uzunmüddətli perspektivdə inkişaf etməkdə davam edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev səfir Ceyms Layl Şarpa diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir Ceyms Layl Şarp yaxın günlərdə 25 illiyi qeyd olunacaq "Əsrin müqaviləsi” çərçivəsində əlaqələrin ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsi olduğunu bildirdi. Səfir ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin və qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm-təhsil və digər sahələrdə inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı. Ceyms Layl Şarp səfir kimi fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirərək Böyük Britaniyanın kiçik və orta biznes dairələrinin də Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu vurğuladı.

Görüşdə regional gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video