23:30 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ceyhun Bayramov “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi ilə görüşüb
 
ANA SƏHİFƏ / SİYASƏT
00:53 07.05.2021

 

Mayın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov həmsöhbətinə münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən nəqliyyat sahəsində yaranan imkanlar barədə ətraflı məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından danışmağın mümkün olduğunu söyləyən nazir, o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin açılmasının nəzərdə tutulduğu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci üçtərəfli bəyanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb.

Ceyhun Bayramov bölgənin uzunmüddətli iztirablardan keçdiyini və dayanıqlı sülhə ehtiyac duyduğunu qeyd edib və bu xüsusda, bölgə ölkələri tərəfindən həyata keçiriləcək birgə iqtisadi və nəqliyyat layihələrinin sülhü dönülməz edəcəyini səsləndirib.

Baş katibi Aset Asavbayev Azərbaycan xalqını münaqişənin bitməsi və postmünaqişə mərhələsinə qədəm qoyması münasibətilə təbrik edib. Bu mərhələdə nəqliyyat xətlərinin genişləndirilməsi yolu ilə böyük layihələrin həyata keçirilməsi üçün TRACECA qarşısında geniş imkanların açıldığı vurğulanıb. Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə razılaşma, daimi katibliyin fəaliyyəti, ötən il üzrə fəaliyyətin nəticələri və irəli sürülən yeni təşəbbüslər, habelə fəaliyyət coğrafiyasının genişlənməsi, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat təqdim edib.

Tərəflər, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin “TRACECA” fəaliyyətinin regional və beynəlxalq müstəvidə dəstəklənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə razılıq ifadə ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM