17 Sentyabr 2021 14:41
608
SİYASƏT
A- A+

Ceyhun Bayramov: Azərbaycan BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verir

 

Sentyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti ilə ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov rezident əlaqələndiricinin Azərbaycandakı uğurlu fəaliyyətini qeyd edərək, bu xüsusda Alessandro Frakassettiyə təşəkkürünü bildirib.

Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov, BMT-nin İnkişaf Proqramı ilə əlaqələrimizi xüsusilə vurğulayıb.

Alessandro Frakassettinin fəaliyyəti müddətində bir sıra sahələrdə, xüsusilə də dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülən işləri məmnunluqla qeyd edən nazir gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının olduğunu bildirib.

Alessandro Frakassetti öz növbəsində fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkürünü bildirərək, hökumət tərəfindən BMTİP-in mandatına verilən dəstəyi yüksək qiymətləndirib. 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən BMTİP-in bu müddət ərzində bir sıra sahələrdə, o cümlədən həssas qrupların dəstəklənməsi, peşə təhsili, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, kəndlərin inkişafı, gənclərin işlə təyin olunması və sair proqramların uğurla həyata keçirildiyini qeyd edib. BMTİP-in həmçinin münaqişə sonrası minadan təmizləmə fəaliyyətinə də dəstək verdiyi qeyd olunub.

BMTİP proqramının növbəti rezident əlaqələndiricisi ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminliyini bildirən nazir Ceyhun Bayramov A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video