02 Iyul 2021 00:26
1177
İDMAN
A- A+

Çexiyalı futbolçu Bakıda qələbə qazanacaqlarına inanır

 

Çexiya millisinin futbolçusu Antonin Barak “Avro-2020”nin 1/4 finalında Bakıda Danimarka ilə keçirəcəkləri matç haqqında danışıb. 27 yaşlı yarımmüdafiəçi Çexiya Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib:

“Belə oyunlarda azarkeş bazası vacibdir və bu baxımdan 1/4 finalın Bakıda keçirilməsinə görə təəssüflənirik. Çünki azarkeşləri və ailələrimizi oraya gətirməyəcəyik. Matç Kopenhagendə oynanılsaydı, Danimarka torpağında olsa belə, yenə də bəzi azarkeşləri və sevdiklərimizi oraya gətirə bilərdik. Bununla hər şey tamamilə fərqli olardı”.

2017-ci ildə dünya çempionatının seçmə mərhələsində Bakıya səfərini xatırlayan Barak hazırkı şərtlərin həmin vaxtla eyni olmadığını deyib:  “Dünya çempionatının seçmə mərhələsində Karel Yarolimin baş məşqçiliyi altında oynayanda Bakıda idim. Səfər uzun müddət çəkdi, fərqli şərtlər var idi. Amma bu, Avropa çempionatıdır, özü də 1/4 final. İndi hər matç bizim üçün sonuncu ola bilər. Rəqib üçün də eyni olacaq. Çıxılmaz vəziyyətdə olduğumuzu düşünə bilmərik. Hər iki komanda üçün eyni şərtlər olacaq və bacardığımız qədər oyuna yaxşı hazırlaşmalıyıq”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video