10 Oktyabr 2014 04:10
452
Elm və texnika
A- A+

Çexiya Respublikasının səfiri Bilik Fondunda olub

Çexiyanın ölkəmizdəki səfiri Vitezslav Pivonka və konsul Petr Vaqner Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.
Bilik Fondunun İnformasiya Təminatı sektorundan AzərTAc-a bildiriblər ki, Fondun icraçı direktoru Oqtay Səmədov qurumun həyata keçirilən layihələr, beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən V.Pivanka Çexiya ilə Azərbaycan arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətlərindən danışıb. Konsul P.Vaqner füsunkar təbiəti, qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycanı çexiyalı turistlərə tanıtmağın vacibliyini vurğulayıb.
Sonra Bilik Fondunun ilk mərhələsinin Çexiyada həyata keçirilməsi planlaşdırılan “Azərbaycan elmi xaricdə” proqramının detalları müzakirə edilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bilik Fondunun dəstəyi ilə Çexiya səfirinin xanımı, peşəkar fotoqraf Monika Pivonkanın ölkəmizin müxtəlif bölgələrində çəkəcəyi fotolardan ibarət “Azərbaycan Monika Pivonkanın gözü ilə” adlı sərgi keçirilməsi planlaşdırılıb.
Noyabr ayında “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində “Azərbaycan geologiya elmi Çexiyada” adlı sərgi keçiriləcək. Sərgidə geoloji xəritələr, ölkəmizin geologiyasına dair elmi ədəbiyyat, Azərbaycana xas olan minerallar nümayiş olunacaq.
Xatırladaq ki, Çexiyanın ölkəmizdəki səfirliyi ilə Bilik Fondunun sıx əlaqələri var. Səfir V.Pivonka Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində Bakının 23 saylı orta məktəbində şagirdlərə mühazirə oxuyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video