16 Oktyabr 2011 01:10
305
SİYASƏT
A- A+

Çexiya Parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə qətnamə qəbul etmişdir

 

Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə qətnamə qəbul etmişdir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş qətnamədə vurğulanır ki, 28 may 1918-ci ildə müstəqilliyi bəyan edilmiş Azərbaycan Respublikası türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və universal səsvermə hüququnu təmin edən ilk dünya dövlətlərindən olmuş və Çexoslovakiya da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanınmışdır.

Sənəddə qeyd olunmuşdur: "Azərbaycan Respublikası 1918-1920-ci illərdə müstəqil və 1922-1991-ci illərdə SSRİ tərkibində olmuş, 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı"nı qəbul etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyi Çexiya Respublikası tərəfindən qeyd-şərtsiz tanınmış və dəstəklənmişdir. Yaradıcılarının qoyduğu rəhbər prinsiplərin və ümumbəşəri demokratik dəyərlərin təbliğinin davamı olaraq Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır, Avropanın enerji təchizatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır, bununla da Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir".

Bundan əlavə, qətnamədə vurğulanmışdır ki, Azərbaycan NATO-nun Sülh naminə Tərəfdaşlıq və Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramlarının fəal  üzvüdür. Biz, Çexiya Parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin üzvləri təmsil etdiyimiz xalq adından müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasını təbrik edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video