08:53 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cenevrədə Cozef Baydenlə Vladimir Putinin görüşünə hazırlıq işləri aparılır
ANA SƏHİFƏ / DÜNYA
12:07 09.06.2021

 

İsveçrənin Cenevrə şəhəri iyunun 16-da ABŞ Prezidenti Cozef Bayden ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Cenevrə gölü sahilində görüşün planlaşdırıldığı məkanın ətrafındakı parklar iyunun 8-dən 18-dək ictimaiyyətə bağlı elan edilib. Rəsmi qurumlar görüşün harada keçiriləcəyinə dair açıqlama verməsələr də, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi mətbuatın məkanla bağlı ehtimallarını gücləndirib. Hesab edilir ki, park ərazisində yerləşən “Villa La Grange“ və “Hotel Parc des Eaux-Vives” nümayəndə heyətlərinin yerləşməsi və danışıqların aparılması üçün münasib məkan olaraq müəyyən edilib.

İsveçrə Federal Polis İdarəsinin, eləcə də ABŞ və Rusiyanın xüsusi dövlət təhlükəsizlik xidmətlərinin əməkdaşları ilə yanaşı, Cenevrə kantonunun 900 polis əməkdaşı da görüşün təhlükəsizliyinə cavabdeh olacaq.

Cenevrə kantonunun polis idarəsi iyunun 11-də jurnalistlər üçün mətbuat konfransı təyin edib və Zirvə görüşündəki təhlükəsizlik qaydaları barədə məlumat verəcək. Prezidentlərin görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalistin akkreditasiyadan keçdiyi bildirilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM