23 Avqust 2011 12:08
495
Təhsil
A- A+

Cəlilabadda daha bir məktəb tikilir

 

Gülməmmədli Cəlilabadın ən iri kəndlərindəndir. Burada fəaliyyət göstərən orta məktəb binası köhnə olduğundan müasir tələblərə cavab vermirdi. Müəllimlər, şagirdlər, valideynlər respublikamızda və eləcə də Cəlilabad rayonunda yeni təhsil ocaqlarının tikildiyini görüb sevinir, onların kəndində də yeni məktəb binasının inşa olunacağına ümid bəsləyirdilər.

Nəhayət, keçən ilin dekabr ayında burada yeni məktəbin təməli qoyuldu. Artıq o vaxtdan 9 ay keçib. Ötən müddət ərzində obyektdə çox iş görülüb. Sökülmüş köhnə binanın yerində müasir tipli məktəb ucaldılıb. Xüsusi layihə əsasında inşa olunan təhsil ocağı ilk baxışdan xoş təəssürat yaradır. Binanın damı Türkiyədə istehsal olunan şiferlə örtülüb, fasadı kaşı kərpiclərdən hörülüb. Plastik pəncərələrin kənarı "gülbax" daşı ilə haşiyələnib. Bina xüsusi zövqlə tikilib. Məktəbdə təlim-tərbiyənin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb. Geniş, işıqlı sinif otaqları, fizika və kimya laboratoriyaları, kitabxana, akt və idman zalları, 2 kompyuter otağı, bufet, qarderob və sair vardır. Bunlardan əlavə, məktəb üçün qazanxana, hər biri 100 kubmetrlik içməli su və yanğından mühafizə hovuzları tikilmiş, xüsusi transformator quraşdırılmışdır. Təhsil ocağı zəruri avadanlıqlarla təmin edilmişdir. İş icraçısı Vilayət Babayev bildirdi ki, smeta dəyəri 1 milyon 300 min manat olan bina "Çarbağ" MMC tərəfindən inşa olunur. Hazırda son tamamlama işləri görülür. 30 nəfərdən ibarət inşaat briqadası çalışır ki, məktəb yeni dərs ilinə kimi istifadəyə verilsin.

 

Seyran CAVADOV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video