13:29 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cəlilabadda daha 6 modul tipli məktəb inşa edilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:56 12.06.2021

 

Cəlilabadda 2003-2021-ci illərdə 31 yeni məktəb inşa edilmiş, 4 məktəb əsaslı təmir olunmuş, 5 məktəbə korpus və sinif otaqları tikilib əlavə edilmişdir.

Son illər isə əhalisi nisbətən az olan kəndlərdə modul tipli məktəblərin tikintisinə başlanılmışdır. Yüngül konstruksiya ilə tikilən bu cür məktəblər həm asan başa gəlir və tez tikilir, həm də keyfiyyət göstəriciləri lazımi səviyyədə olur. Onları gərək olanda böyütmək və ya kiçiltmək də mümkündür. Son bir neçə ildə Cəlilabad rayonunda dövlət vəsaiti hesabına 24 belə məktəb tikilib istifadəyə verilmişdir.

2021-ci ildə isə daha 6 belə məktəbin tikintisi planlaşdırılmışdır. İnşaatçılar tikinti-quraşdırma işlərini sürətləndirərək həmin məktəb binalarını yeni tədris ilinəcən istifadəyə verməyi qarşılarına məqsəd qoymuşlar.

 

Seyran CAVADOV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM