21:56 06 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cəbhədən gələn zəng...
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:37 21.01.2021

 

Anası Xaliqə xanım hər səhər yuxudan oyananda günləri sanayırdı: “Elvinin gəlməyinə 25 gün qaldı...”

Açılan hər səhər, gələn hər gün oğlunun gəlişini yaxınlaşdırırdı: 24, 23, 22, 21, 20...

Ana bu təqvimi Elvinin hərbi xidmətə yola düşdüyü gündən hesablayırdı. 2019-cu ilin oktyabrın 23-dən oğlu sərhəd qoşunlarının çevik alayında xidmət edirdi. Bir müddət Yevlaxda, bir müddət Qazaxda, bir müddət də Kürdəmirdə xidmətini davam etdirmişdi.

Ailə üzvlərinin AZƏRTAC-a verdiyi məlumata görə, sentyabrın 27-də erməni hərbi birləşmələrinin təxribatına qarşı başlanılan əks-hücum əməliyyatı bir illik hərbi xidmətini başa vurmaq ərəfəsində olan Elvin Yusifovun gəlişini ləngidir.

Döyüş əməliyyatları başlanandan iki gün sonra anası ilə qısa bir telefon danışığı olur: “Ana, bir müddət zəng edə bilməyəcəyəm. Məndən nigaran qalmayın, qismət olsa görüşərik!”.

Bu, müharibə başlayandan Elvinin birinci və sonuncu zəngi olur.

Üstündən aydan artıq müddət keçsə də, ondan heç bir xəbər çıxmır. Ana qulağı səsdə, gözləri yolda qalır. Lakin ondan heç bir xəbər gəlmir.

Günlər keçir, vaxt ötür, Elvinlə bağlı ümidlər üzülmək üzrə idi.

Müharibənin 37-ci günü tanış olmayan telefon nömrəsindən atası Ərşada zəng gəldi. Evdə elə güman etdilər ki, yəqin nömrəni Elvin verib. Zəng edən şəxs oğlunun cəbhənin Cəbrayıl-Zəngilan istiqamətində döyüş əməliyyatlarında iştirak etdiyini dedi.

Günlər keçir, bir-birinin ardınca kəndlər, qəsəbələr, rayonlar Azərbaycan Milli Ordusunun nəzarəti altına keçirdi. Əlbəttə, cəbhədən gələn xoş xəbərlər hamı kimi Yusifovlar ailəsini sevincinə səbəb olsa da, Elvindən soraq tuta bilməmələri onların səbirini tarıma çəkmişdi.

Lakin noyabr ayında gözlənilmədən gələn bir əsgər zəngi onların qəlbində ümid qığılcımları şölələndirdi. Zəng edən Elvinin sağ-salamat olduğu və onu Zəngilanda gördüyü barədə məlumat verdi.

Müharibə Milli Ordunun qələbəsi, uzun illər işğal altında olan Qarabağ torpaqlarının azad olunması ilə başa çatsa da, Elvindən səs-səmir çıxmırdı.

Nəhayət, noyabrın 19-u bir axşamçağı Elvin evə zəng edərək sağ-salamat olduğunu söylədi. Onun səsini eşitmək o qədər həyəcanlı idi ki, heç nə soruşub öyrənmək mümkün olmadı. Bütün qonum-qonşular Ərşad kişinin həyətinə yığışmışdı - üzlərdə xoşbəxtlik dolaşır, gözlərdə sevinc yaşı gilələnmişdi. Onun, bir neçə gün Ağdam, sonra Cəbrayıl rayonu istiqamətində döyüşlərdə iştirak etdiyi bilindi. Cəbrayılın Xudafərin körpüsünün, Zəngilan rayonunun və Mincivan qəsəbəsinin işğaldan azad edilməsində iştirak etdiyini dedi.

Ailə üzvləri onun “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medallarına layiq görülməyini eşidib çox sevindilər.

Xatırladırıq ki, Elvin Yusifov Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Atası Laçın rayonunun Mollalar kəndindən, anası Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. 1993-cü ilin avqustunda valideynləri doğam rayondan məcburi köçkün kimi Abşeron rayonuna pənah gətiriblər. 2014-cü ildə Saray qəsəbəsində Azim Müzəffərov adına 2 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə qəbul olunub. 2019-cu ildə təhsilin bakalavr pilləsini başa vuraraq Sumqayıt Dövlət Universitetinin mühəndislik fakültəsinin biznesin idarə edilməsi (İdarəetmədə informasiya sistemləri (MBA proqramı üzrə)) ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olunub. Lakin həmin il akademik məzuniyyət götürərək Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Laçın rayon bölməsinə müraciət edərək hərbi xidmətə yola düşüb. Hazırda xidmətini davam etdirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM