12:14 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çay haqqında bilmədiklərimiz

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:11 14.02.2021

 

O, necə seçilməli, dəmlənməli və içilməlidir

 

Çayın keyfiyyətinə torpaq-iqlim şəraiti ilə yanaşı, yığılma müddəti, emal üsulları, saxlanma şəraiti və digər amillər də təsir edir. Çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir.

Ətirli çayların hazırlanmasında isə aromatizasiya üsulu və əlavə edilən ətirli komponentin miqdarı vacib rol oynayır. Çaylara əlavə edilən ətirli komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər. Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklikotu, yarpız, darçın, nanə, mixək, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir.  Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir. 

Bəzən çayların hazırlanmasında süni ətirləndiricilərdən də istifadə olunur. Süni ətirləndirilmiş çaylardan istifadə orqanizmə mənfi təsir göstərər, allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də istehlakçıların qablaşdırma üzərindəki məlumatları  diqqətlə oxumaları tövsiyə olunur.

Çay düzgün qablaşdırılmadıqda və ya saxlanmadıqda faydalı xüsusiyyətlərini itirir. O, havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. Bu halda çayın ətri itməyəcək, keyfiyyəti uzun müddət saxlanacaq və kənar qoxuları özünə hopdurmayacaq.  Ağzı kip  bağlanmamış qabda saxlanan məhsul həm də faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tez itirir. Çayın sərin, quru, təmiz, qaranlıq və havası tez-tez dəyişilən yerdə saxlanması da vacibdir.

Bu əvəzedilməz içkinin keyfiyyətli olub-olmadığını müəyyən etmək üçün ətrinə fikir verilməlidir. Unutmayın ki, keyfiyyətli çayın qoxusu mülayim olmalıdır. Qoxunun kəskin olması çayın tərkibindəki ətirləndiricilərin miqdarının çoxluğu ilə əlaqədardır.

Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85o C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 ml suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Köhnə dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.

Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir. Çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir.  Xüsusən də qanazlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra içmək məqsədəuyğundur.

Araşdırmalara görə, təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65o C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.

 

Fuad AĞAYEV,

Türkan QƏRİBLİ,

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM