01 Avqust 2021 01:45
1004
İDMAN
A- A+

Cavid Çələbiyev də Olimpiada ilə vidalaşdı

 

Dünən Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxdı. 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda ermənistanlı Ovanes Baçkovla üz-üzə gəldi. Çələbiyev 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə uduzaraq Olimpiada ilə vidalaşdı.

Qarşılaşmadan sonra boksçumuz deyib ki, qələbə gözləyirdi, lakin hakimlərin haqsızlığı buna səbəb oldu:  “Birinci raundu qazanmışdım. İkinci hissəni də aktivimə yazmışdım. Ancaq hakimlərin haqsızlığı oldu. Olimpiya Oyunlarında həmişə belə hal yaşanır. Yenə də haqsızlıqla qarşılaşdıq. Mən birinci və ikinci raundu təmiz aparmışdım. Sadəcə, yekunda qələbəni qarşı tərəfə verdilər. Bu hakimlərin haqsızlığından irəli gəlir”.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video