21:08 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cavanlıq və xoşbəxtlik meyvəsi

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:18 14.03.2021

 

Püstə çox faydalı və müalicəvi əhəmiyyəti olan meyvədir. Bu dadlı meyvənin tərkibində bir çox faydalı vitaminlər (B qrupu, E, C, PP, A), minerallar (mis, marqans, fosfor, selen, sink, kalium, maqnezium), əvəzolunmaz amin turşuları, polidoymamış yağ turşuları var.

Püstə sinir sistemini qoruyur, əqli fəaliyyəti və əhvali-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir.  Əqli fəaliyyətlə məşğul olan insanların püstəni öz rasionlarına daxil etmələri məsləhət görülür. Təsadüfi deyil ki, çinlilər bu meyvəni “xoşbəxt qoz” adlandırırlar. Həqiqətən də, püstə əhvali-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma proseslərini ləngidir, hüceyrələri qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.

Püstə tərkibindəki nadir maddələr sayəsində gözləri qoruyur, ürəyin və damarların sağlamlığına müsbət təsir edir, qanda xolesterinin səviyyəsini aşağı salır, qaraciyərə faydalı olur.

E vitamini ilə zəngin olduğundan dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.

Nəzərə almaq lazımdır ki, püstəni çox yemək olmaz. Gün ərzində 1 ovuc püstə yemək orqanizmi bir çox faydalı maddələrlə təmin edir.

Eyni zamanda bu meyvə allergiyaya, uşaqlarda  isə hətta çox ağır allergik reaksiyaların,  hətta anafilaktik şokun inkşafına səbəb ola bilər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM