27 Iyul 2012 12:07
294
Elm və texnika
A- A+

Casus viruslar Yaponiya Maliyyə Nazirliyinin kompyuterlərindən iki il informasiya ötürüb

 

Yaponiya Maliyyə Nazirliyi bir neçə il müddətində təşkilatın kompyuterlərində kibernetik  cinayətlərdə istifadə edilən troyan tipli proqram təminatının yer almasını etiraf edib. Təşkilat ekspertlərinin fikrincə, bu casus virus proqramı sifariş əsasında hazırlanıb. Virus idarənin təhlükəsizlik sistemini aşaraq kompyuterlərdə "məskunlaşıb" və 2010-cu ilin yanvarından etibarən intensiv informasiya toplayaraq kənardakı operatoruna ötürməyə başlayıb. Tədqiqat nəticəsində bəlli olub ki, nazirlikdən kənara kibernetik oğurluq yolu ilə informasiya axını  2011-ci ilin noyabr ayınadək davam edib və müəyyənləşdirilməyən səbəbdən dayanıb.  Ekspertiza zamanı nazirliyin 2000-dən artıq kompyuter və serveri yoxlanılıb. Bəzi  avadanlıqlar daxili və xarici lokal şəbəkələrdən tamamilə çıxarılıb. Ümumilikdə 123 kompyuterdə kibernetik ziyanverici - casus virus  (troyan) aşkarlanıb. Troyanın texniki xarakteristikası haqqında isə məlumat açıqlanmayıb. Yaponiya mətbuatının yazdığına görə, Maliyyə Nazirliyindən oğurlanan informasiya Çində yerləşən serverə ötürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video