15 Sentyabr 2021 17:35
665
SİYASƏT
A- A+

Cahit Bağçı: 103 il əvvəl türk ordusunun bolşeviklərlə mübarizədə azərbaycanlı qardaşlarının yardımına gəlməsi əsl qəhrəmanlıq dastanıdır

 

Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə “Türk şəhidliyi” abidəsinin qarşısında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları iştirak ediblər.

Səfir Cahit Bağçı abidənin önünə əklil qoyub.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin xatirəsi yad edilib.

Tədbirdə çıxış edən səfir bildirib ki, 103 il əvvəl türk ordusunun bolşeviklərlə mübarizədə azərbaycanlı qardaşlarının yardımına gəlməsi əsl qəhrəmanlıq dastanıdır. “Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da rahatlıqla uyuyun. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”, - deyə səfir qeyd edib.

Diplomat bildirib ki, Osmanlı dövləti 103 il əvvəl Balkan yarımadası, Suriya, İraq və Şərq cəbhələrində ölüm-qalım mübarizəsi aparırdı. Bu dönəmdə bolşeviklərin işğalı və zülmü ilə üzləşən azərbaycanlı qardaşlarının köməyinə gələrək, Azərbaycanı müdafiə etməsi qəhrəmanlıq dastanıdır. Anadolunun və Qafqazın igidlərinin qanları ilə sulanmış bu torpaqlar həm də qardaşlıq xəmirini yoğurub.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.

Səfir Cahit Bağçı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video