10:48 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çağrı Erhan: Hazırda Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır
ANA SƏHİFƏ / SİYASƏT
22:17 13.04.2021

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev təxminən 3 saat ərzində müxtəlif ölkələrdən olan elm adamları, jurnalistlərlə fikir mübadiləsi apardı, onların Qarabağa dair suallarını cavablandırdı. Görüş zamanı gələcəkdə Qarabağda hansı infrastruktur işlərinin görüləcəyi barədə də məlumat verdi. Burada qaçqınların geri qayıtmaları ilə bağlı məsələlər barədə də müzakirələr aparıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 13-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı Türkiyə Altınbaş Universitetinin rektoru Çağrı Erhan deyib.

Rektor qeyd edib ki, hazırda Qarabağın demək olar hər tərəfi minalanıb. Ermənilər gedərkən həm hər tərəfi yandırıb, dağıdıb, həm də ərazini minalayıblar. Bütün bu minalar təmizlənəcək. Həmçinin Prezident İlham Əliyev bir müjdəli xəbər də verdi ki, əgər qarşıdakı dövrdə Ermənistan Qarabağın Azərbaycana aid olduğunu qəbul edərsə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul edərsə, Türkiyə də, Azərbaycan da rəsmi İrəvanla regional əməkdaşlığa başlaya bilər. Ancaq hazırda Ermənistan Türkiyə və Azərbaycan fobiyası ilə yaşayır, qorxusunun əsiri olub.

“Azərbaycanın çox qısa zamanda - 44 gün ərzində qazandığı Zəfərdə əldə etdiyi qənimətləri bu parkda görürük. Ermənilərin uzun illər boyu həyata keçirdikləri təxribatların nəticələri Ağdamda, Füzulidə və işğaldan azad olunmuş digər torpaqlarda sərgilənir. Burada isə müharibədə Azərbaycan Ordusunun ələ keçirdiyi döyüş qənimətləri var. Bu qənimətlər 100 illər boyunca burada qalacaq və Azərbaycana gələn hər kəs bir vaxtlar ermənilərin Azərbaycan torpaqlarını necə barbarcasına dağıtdıqlarını, Azərbaycan Ordusunun, xalqının qanı, canı bahasına o əraziləri necə azad etdiyini görəcək”, -deyə Çağrı Erhan bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM