29 Yanvar 2021 12:45
739
Təhsil
A- A+

Buraxılış və qəbul imtahanlarının nəticələri ilə əlaqədar inkişaf tendensiyası müşahidə olunur

 

Son illər buraxılış və qəbul imtahanlarının nəticələri ilə əlaqədar qismən də olsa, inkişaf tendensiyasını müşahidə etməkdəyik. Tədris prosesinin ənənəvi qaydada aparılmaması, eləcə də təlim-tərbiyə prosesində yaranan digər çətinliklərə rəğmən 2020-ci ildəki imtahanların nəticələrinin ötən illərlə müqayisədə bir-birinə yaxın olması imtahanlardan öncə atılan qabaqlayıcı addımlarla əlaqələndirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirildi. Biz qəbul proqramını və imtahanın məzmununu iştirakçıların bilik səviyyəsinə adekvat şəkildə müəyyən etməyi qarşımıza məqsəd qoymuşduq. Bu, həddən artıq mürəkkəb məsələdir. Qəbul proqramının və imtahanın məzmununun müəyyən hədd çərçivəsində sadələşdirilməsi, imtahan suallarının təqdim edilmə formasında aparılan dəyişikliklər, tapşırıqların növlərinin nisbətinin müəyyənləşdirilməsi və digər məsələlər ciddi araşdırma tələb edir. 2020-ci ildə keçirilən imtahanların nəticələrinə baxdıqda və ötən illərlə müqayisə etdikdə deyə bilərəm ki, biz iştirakçıların mövcud səviyyəsinə uyğun qəbul modelini tətbiq etmişik və məqsədimizə nail ola bilmişik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video