31 Oktyabr 2014 12:10
510
Oxucu məktubları
A- A+

Bura vətəndir

 

Ölkəmiz bütün dünyanın qibtə edəcəyi sürətlə dəyişir. Yollar, körpülər, müasir binalar iqtisadi uğurlarımızın bəhrəsi kimi gözəllikləri ilə könül oxşayır, hamımıza yaradıb-qurduqlarımızla öyünməyə imkan verir. Bu sırada Quba da istisna deyil. Onun bugünkü görkəmini hətta 20-30 il əvvəlki illə müqayisə edəndə  inanmaq olmur ki, bu intibahın tərcümeyi-halı belə qısa zaman kəsiyinə sığır. Quba artıq yerli və xarici turistlərin sevdiyi məkana çevrilib. Bura qonaq gələn həm təbiətdən zövq alır, dincəlir, həm ölkənin ucqarlarında belə gedən əzəmətli inkişafı görür, həm də müxtəlif dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanların tolerant bir ailədə mehriban yaşadığının qonşuluğunun şahidi olurlar.

 

"Azərbaycan"

Foto A.MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video