08:48 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bundestaqa seçkilərdə sosial-demokratlar qalib gəlib
ANA SƏHİFƏ / DÜNYA
09:44 27.09.2021

 

Bundestaqa seçkilərdə Almaniya Sosial-Demokrat partiyası (ASDP) qalib gəlib, XDİ/XSİ bloku isə öz tarixi ərzində ən aşağı nəticə göstərərək ikinci yerlə kifayətlənməli olub.

AZƏRTAC Almaniyanın ZDF telekanalına istinadla xəbər verir ki, bütün dairələrdə səslər sayıldıqdan sonra ASDP-nin 25,7 faiz, XDİ/XSİ blokunun 24,1 faiz səs topladığı məlum olub. Üçüncü yerə 14,8 faiz səslə “yaşıllar”, dördüncü yerə 11,5 faiz səslə Azad Demokrat partiyası, beşinci yerə isə 10,3 faiz səslə “Almaniya üçün alternativ” partiyası çıxıb. Almaniyada bundestaqa seçkilər dünən keçirilib. Hazırkı kansler, XDİ-nin sabiq lideri Angela Merkel seçkilərdə iştirak etməyib. Hakim koalisiya formalaşdıqdan və yeni kansler təyin olunduqdan sonra Merkel vəzifəsini tərk edəcək. Kansler postuna əsas namizədlər ASDP-dən Olaf Şolts və XDİ/XSİ blokundan Armin Laşetdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM