20 Aprel 2021 14:32
737
CƏMİYYƏT
A- A+

Bu samovarla 1200 nəfəri çaya qonaq etmək olar - hündürlüyü 2,2 metr, həcmi 250 litrdir Lahıcdan reportaj

 

Qədim misgərlik sənəti İsmayıllının Lahıc qəsəbəsində bu günə kimi qorunub saxlanılır. Lahıcın küçələrini dolaşdıqca misgərlik emalatxanaları və çəkic sədaları bura üz tutan insanlara xüsüsi zövq verir. Bu sənəti yaşadan adlı-sanlı sənətkarlardan biri də Kəbleyi Əliyevdir. Usta digər misgərlərlə birlikdə nəhəng samovar hazırlayıb. Bu, Lahıc misgərlik sənəti tarixində bir ilk hesab edilir.

AZƏRTAC xəbər verir ki, uşaqlıqdan ata-babasının yanında bu sənəti oyrənərək misgərliyin incəliklərinə yiyələnən Kəbleyi usta hər gün səhər saatlarında evindən çıxır, daşla döşənən, tarixin sirlərini özündə saxlayan dar küçələrdən keçir və öz kiçik emalatxanasına gəlir.

Onun sözlərinə görə, samovar düzəltmək çox çətindir. Samovarın materialının döyülməsi, hazırlanması əziyyətlidir. “2021-ci il təzə başlamışdı. Fikirləşdik ki, bir dənə böyük samovar düzəldək, həcmi 200-300 litr olsun. Bismillah edib, işə başladıq. Materialını aldım, eskizini çəkdim. Eskizini çəkmək 1 aya başa gəldi. Sonra başladım düzəltməyə”, - deyə usta bildirir.

Kəbleyi Əliyev deyir ki, heç yerdə bu boyda, özü də işləyən samovar ola bilməz: “Bu samovarı hazırlamaq 6 aya başa gəldi. Üstündəki naxışlar heç bir kitabda yoxdur, hamısını yeni işləmişik. Qulpları taxtadan, göyüş ağacındandır”.

Samovarın diametri 3, hündürlüyü 2,2 metrdir. 250 litr su tutur. Çaynikin həcmi isə 8 litrdir. Suyun qaynadılmasına təqribən 1 saat vaxt lazımdır.

Qəsəbə sakini Razi Baxışov bildirir ki, hələ qədim dövrlərdən Lahıcda bir çox sənətkarlıq növləri - zərgərlik, silahqayırma, o cümlədən misgərlik ən inkişaf etmiş sənətlər olub. Hər il yeni ailə həyatı quran qadınlar üçün misgərlər dəst qablar hazırlayıb hədiyyə verərdilər. İndi zaman dəyişib. Misgərlik demək olar ki, zərgərliyə dönüb. Lahıcda naxış ustaları formalaşıb.

“Lahıc ustaları bir çox mis qablar düzəldiblər, ancaq belə samovar bir yenilikdir. Vaxtilə bizdə Rusiya samovarlarını təmir edib, satardılar. İndi isə öz ustalarımız ondan da qəşəng samovarlar düzəldirlər. Özü də misdən. Rusiyada düzəldilən samovarlar isə bürüncdən olur. Turistlər də Lahıc ustalarının işini çox bəyənirlər”, - deyə o vurğulayır.

Lahıclı ustalar qədim əl işlərini daim araşdırır, onların bəzənməsində istifadə olunan milli ornamentləri müəyyənləşdirib, əl işlərində istifadə edirlər. Misgərlərin hazırladığı dolça, sərnic, güyüm, aşsüzən və digər əl işləri Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər ölkələrdə şöhrət qazanıb.

Kəbleyi usta sahib olduğu sənətə o qədər vurğundur ki, günün necə keçdiyindən belə xəbəri olmur. Hər gün işlərini yekunlaşdırdıqdan sonra zahirən balaca, daxilən zəngin olan emalatxanasını tərk edərək evinə üz tutur. Çünki onu yeni gündə yeni əl işləri gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video