22 Oktyabr 2021 00:19
4152
Oxucu məktubları
A- A+

Bu problem həll olunacaqmı?

 

Məktəblərin açılış gününün təyin olunması və sevincləri yerə-göyə sığmayan şagirdlərin əllərində gül-çiçək öz doğma ocaqlarına üz tutmalarını seyr etmək hər birimizi sehirli bir dünyaya aparır, o xoşbəxt anlara - uşaqlıq illərinə qaytarır. Lakin bir çox valideynin laqeydliyi, ağlasığmaz hərəkəti doymaq bilmədiyimiz bu hisslərin üstünə kölgə salır.

Hörmətli redaksiya, Binəqədi qəsəbəsindəki 182 saylı məktəbin qarşısında və yaxın ətrafında dərs saatlarında əsl xaos hökm sürür. Belə ki, övladlarını məktəbə gətirən valideynlər öz şəxsi avtomobillərini qadağan olunmuş yerlərdə, ensiz yolun hər iki tərəfində  saxlayır, bəzən də saatlarla orada “lövbər” salırlar. Bu da təbii ki, hərəkət zolağında sıxlıq yaradır, marşrut avtobuslarının mənzil başına vaxtında çatmasına əngəl törədir, sərnişinlərin haqlı narazılığına səbəb olur. Ən qəribəsi də budur ki, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri bu xoşagəlməz hala  göz yumur, heç bir tədbir görmürlər.

Qeyd edim ki, problem indinin, dünənin məsələsi deyil. Artıq illərdir ki, davam edən bu anormal halın nə zaman aradan qaldırılacağı günü bütün qəsəbə sakinləri kimi, mən də həsrətlə gözləyirəm. 

 

İman MİRZƏZADƏ,

Bakı şəhəri, Binəqədi qəsəbə sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video