16 Sentyabr 2011 07:09
519
Təhsil
A- A+

Bu il Ağdam rayonunda 1747 şagird birinci sinfə qədəm qoymuşdur

 

Ağdam rayonunun ümumtəhsil məktəblərində yeni dərs ili yüksək əhval-ruhiyyə ilə başlamışdır.

"Bilik günü" münasibətilə məktəblərdə təntənəli mərasimlər keçirilmiş, rayon ağsaqqalları, valideynlər, müəllimlər çıxış edərək şagirdlərə təhsildə uğurlar arzulamışlar.

Rayon təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayon üzrə 142 ümumtəhsil məktəbi 18 min 558 ağdamlı şagirdi öz qoynuna almışdır. Onların 1747-si birincilərdir.

Yeni dərs ilinə hazırlıqla əlaqədar məktəblərdə böyük hazırlıq işləri aparılmış, 8 təhsil müəssisəsi büdcə vəsaiti hesabına təmir olunmuşdur. Rayon məktəblərinə 51 adda 38 min 750 dərslik, 240 şagird partası, 200 stul, 30 şkaf, 60 yazı lövhəsi verilmiş, birinci sinfə qədəm qoyan şagirdlərə Heydər Əliyev Fondu tərəfindən məktəbli çantası və ləvazimatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə məktəbli forması hədiyyə edilmişdiır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video