28 Aprel 2014 06:04
412
Səhiyyə
A- A+

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 ili tamam olur

1923-cü il aprelin 28-də Azərbaycanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində Zərifə adlı qız dünyaya gəlmişdir. Taleyin hökmü ilə o, Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymalıydı.

Zərifə xanım 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi əməkdaş vəzifəsində fəaliyyətə başlamış, 1950-ci ildə aspiranturaya daxil olmuş, həkimlik fəaliyyəti ilə bərabər, elmi axtarışlarını davam etdirmişdir.
Zərifə xanım elmi-praktiki fəaliyyətinin böyük bir dövrü Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrası ilə bağlı olmuşdur. O, kafedrada dosent kimi fəaliyyətə başlamış, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra - 1976-cı ildə kafedranın professoru seçilmişdir. O, 1983-cü ildən göz xəstəlikləri kafedrasına başçılıq etmişdir. Onun təşkilatçılıq bacarığı bu vəzifədə özünü daha qabarıq göstərmişdir.
Zərifə xanım tədqiqatlarını traxoma xəstəliyinin müalicəsi, xüsusən, traxomanın və onun fəsadlarının müalicəsində o dövrdə yeni antibiotikdən – təkcə geniş spektrli antibakterial deyil, həm də antixlamid təsirli sintomisindən səmərəli istifadə imkanlarının öyrənilməsi ilə bağlı məsələlərə həsr etmişdir. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-dən çox elmi işin, bir kəşfin müəllifidir. “İridodiaqnostikanın əsasları” monoqrafiyası həkimlər arasında bu gün də çox populyar dərslikdir. Onun iridodiaqnostika - gözün qüzehli qişasında səciyyəvi dəyişikliklərə əsasən orqanizmdəki xəstəliklərin diaqnostikası sahəsində araşdırmaları böyük maraq doğurur. İridodiaqnostika təbabət elminin uzun müddət qəbul edilməyən yeni istiqamətidir. Zərifə Əliyeva o zaman hələ tədqiq edilməmiş bu yeni istiqamətə bir sıra məqalələr həsr etmişdir.
Zərifə xanım peşəkar həkim, əvəzolunmaz pedaqoq idi. O, əldə etdiyi yeni bilik və bacarıqları böyük həvəslə həkim və elmi işçilərlə paylaşırdı. O, övladlarını sonsuz bir məhəbbətlə sevən ana, böyük ziyalı idi.
Azərbaycanda traxoma xəstəliyinin kökünü kəsməyi qarşısına məqsəd qoyan Zərifə xanım yaxşı başa düşürdü ki, bu, çox çətin və mürəkkəb problemdir. Lakin işin çətinliyinə və məsuliyyətli olmasına baxmayaraq, o, uğur qazana bildi. Moskva oftalmologiya məktəbi Zərifə xanımı “oftalmologiyanın incisi” adlandırmışdı.
Zərifə xanım 1985-ci il aprelin 15-də Moskvada vəfat etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video