31 Yanvar 2012 12:01
322
İDMAN
A- A+

Bu dəfə lisenziya olmadı

 

Rusiyanın Kazan şəhərində taekvondo üzrə London Olimpiadasına son lisenziyaları verən Avropa təsnifat turnirinə yekun vurulmuşdur.Turnirə  iki  taekvondoçu ilə qatılan milli komandamız Olimpiya oyunlarına qazandığı vəsiqələrin sayını artıra bilməmişdir.

Belə ki, Təvəkkül Bayramov (+80 kq) ilk döyüşündə İvan Trajkoviçə (Sloveniya) məğlub olaraq  mübarizəni vaxtından əvvəl dayandırmışdır.

Digər taekvondoçumuz Günay Ağakişiyeva (57 kq) isə Sonya Makkonellə (İrlandiya) döyüşdən qalib ayrılsa da, növbəti mərhələdə fransalı  Marlen Harnoisə uduzmuşdur.

Beləliklə, taekvondo yığmamız London-2012-yə iki idmançı ilə yollanacaq. Bunlar Bakıda təşkil olunmuş dünya təsnifat turnirində Olimpiadaya lisenziya qazanmış Ramin Əzizov (80 kq) və Fəridə Əzizovadır (67 kq).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video