19 Aprel 2021 17:44
1297
Təhsil
A- A+

BŞTİ tərəfindən Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib  

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirlər planına əsasən, ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin iştirakı ilə professor Lütfi Zadənin elmi yaradıcılığına həsr olunan dəyirmi masa, açıq dərs və bilik yarışlarının təşkili, alimin həyat və fəaliyyətini əks etdirən real və virtual sərgilərin nümayişi nəzərdə tutulur.

Məktəblilər arasında Lütfi Zadənin 100 illiyinə həsr olunmuş məntiq, riyaziyyat və informatika olimpiadaları, ümumşəhər konfransı keçiriləcək.

Həmçinin görkəmli şəxsiyyətin həyat və yaradıcılığına dair multimedia resurslarının hazırlanması, açıq internet resurslarına və video.edu.az portalına yerləşdirilməsi planlaşdırılır.

Bundan başqa, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında Lütfi Zadənin həyatı və elmi yaradıcılığına həsr olunmuş məqalələr dərc ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video