00:23 14 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Britaniyanın “The Telegraph” saytı: Azərbaycanlılar Qarabağa qayıtmağı səbirsizliklə gözləyirlər
 
ANA SƏHİFƏ / SİYASƏT
12:14 06.03.2021

Böyük Britaniyanın “The Telegraph” xəbər saytında azərbaycanlı köçkünlərin Qarabağa qayıtmaq arzularından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş jurnalist Kampbel Makdiarmid Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonda yaşamış yüz minlərlə azərbaycanlının öz ata yurdlarından didərgin salındıqlarını, lakin onların heç vaxt bu vəziyyətlə barışmadıqlarını qeyd edir.

Məqalədə Birinci Qarabağ müharibəsi zamanı Dağlıq Qarabağın və ətraf yeddi rayonun ermənilərin nəzarəti altına keçdiyi, Azərbaycanın isə bu nəticəni heç vaxt qəbul etmədiyi vurğulanır. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin əmri ilə həmin ərazilərin geri qaytarılması üçün əks-hücum əməliyyatının başlandığı, noyabr ayında isə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edildiyi bildirilir. Qeyd edilir ki, nəticədə erməni qüvvələri Qarabağı əhatə edən ərazinin böyük hissələrini geri qaytarmaq məcburiyyətində qaldı. İndi məcburi köçkünlər həmin ərazilərdə işlərin bitməsini və sonra geri qayıtmalarını səbirsizliklə gözləyirlər.

Məqalədə 14 yaşında Qarabağdan çıxmağa məcbur qalan Həbib Məmmədov adlı şəxsin doğulduğu və böyüdüyü torpaqlara 27 ildən sonra qayıtmaq üçün səbirsizləndiyi də diqqətə çatdırılır.

Bildirilir ki, 1994-cü ildə atəşkəs razılaşması imzalansa da, tam sabitlik olmayıb. İşğal edilən torpaqlarda pambıq tarlaları, üzüm bağları məhv edilib, bir zamanlar yaşayış yerləri olan ərazilər yerlə-yeksan edilib. Vaxtilə 30 min nəfərin yaşadığı Ağdam şəhəri o qədər ziyan görüb ki, onu “Qafqazın Xirosiması” adlandırırlar.

Müəllif Prezident İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından da söhbət açır. O, dövlət başçısının sentyabr ayında başlanan müharibənin son çarə olması, danışıqların nəticə verməməsi ilə bağlı fikirlərini diqqətə çatdırır.

Məqalədə, həmçinin azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat verilir. Bildirilir ki, Prezident İlham Əliyev geri alınmış ərazilərdə yenidənqurma işləri üçün təxminən 1,4 milyard funt sterlinq vəsait ayırıb. Füzulidə beynəlxalq hava limanı surətlə tikilir. Azərbaycan qüvvələri tərəfindən geri alınmış Şuşa şəhərinə çoxzolaqlı avtomobil yolu çəkilir. Yeni elektrik dirəkləri artıq Zəfər Yolu adlandırılan marşrut xəttindədir.

Həmçinin müəllif Qarabağda yaşayan ermənilərin aqibəti haqqında da məlumat verərək bildirir ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməniləri tam hüquqlar gözləyir. Azərbaycan çoxmillətli ölkədir, onsuz da bu ölkədə 30 min erməni yaşayır. Ancaq bu hüquqlara erməni dilinin rəsmi dil kimi tanınması aid deyil. Prezident İlham Əliyev də mətbuat konfransında bu məsələyə toxunaraq dedi ki, Azərbaycanda rəsmi dil Azərbaycan dilidir və başqa heç bir dil bu statusa sahib deyil.

Məqalədə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri dağıntıları əks etdirən fotolar da yer alıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM