10:47 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Britaniyalı fiziklər ABŞ ordusu üçün qeyri-adi mühərrik hazırlayırlar
ANA SƏHİFƏ / DÜNYA
10:54 19.09.2018

ABŞ Müdafiə Nazirliyinin (DARPA) perspektiv tədqiqat layihələri idarəsinin ayırdığı qrant çərçivəsində britaniyalı fiziklər "EmDrive” qeyri-mümkün mühərrikin analoqu üzərində işləyirlər.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Plimut Universitetinin fiziki Maykl Makkallox təqdim etdikləri ideyanın reallaşacağı təqdirdə, peyklərin orbitə buraxılması üçün yanacaq tələb olunmayacağını deyib. Hər bir kosmik gəmi kosmosda elektrik enerjisi ilə hərəkət edə biləcək və bəşəriyyət üçün ulduzlararası səyahətlər mümkün olacaq.

Amerikalı mühəndis Rocer Şoer 2001-ci ildə "EmDrive” mühərrikinin yaradılmasını elan edib. Lakin onun opponentləri bu mühərrikin bütün fizika qanunlarını pozduğunu bildiriblər.

Qurğu özlüyündə konus formalı kamera rezonatorudur və cihaza mikrodalğalı şüalanma verən güclü maqnetron qoşulub. Təyin edilmiş həndəsi nisbətlər, həmçinin mikrodalğalar konusu müəmmalı şəkildə zəif, lakin dartıcı qüvvə ilə cihazın dar hissəsinə doğru hərəkət etdirəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM