20 Aprel 2021 00:24
659
DÜNYA
A- A+

Britaniya şirkəti kosmosu zibildən təmizləməyi planlaşdırır

 

Böyük Britaniyanın “Astroscale Holdings Inc.” şirkəti kosmik zibil məsələsini həll etmək niyyətindədir. Bunun üçün işləməyən peykləri toplayan robot qolu olan kosmik gəmidən istifadə ediləcək. Bu barədə “Bloomberg” agentliyi xəbər verir.

Şirkətin aparatı bu işdə uğur qazansa, o, işləməyən peykləri gələcəkdə Yerə doğru itələyəcək ki, onlar yenidən atmosferə girərək yansınlar. “Astroscale Holdings Inc.” iddia edir ki, kosmik təhlükəsizliyi təmin etməklə yanaşı, ölkənin kosmik sektorunu canlandıra biləcək.

Bununla belə, ekspertlər hesab edirlər ki, Birləşmiş Krallıq Avropa İttifaqından çıxdığına görə britaniyalılar kosmos şirkətlərini inkişaf etdirməkdə güclərini bir qədər itirmişlər. Söhbət ilk növbədə Aİ-nin Galileo layihəsinə çıxışdan gedir. Britaniya hökuməti bu sistemə yüz milyonlarla funt sterlinq pul qoymuşdu.

Avropa Kosmik Agentliyinin verdiyi məlumata görə, Yer orbitində 8 min tondan çox zibil var. Zibil kütləsi hər birinin eni 10 santimetrdən çox olan təxminən 26 min obyektdən ibarətdir.

Xatırladaq ki, ötən il Yaponiya və Avstraliya alimləri kosmik zibilin sürətini azaltmağın və onu orbitdən çıxarmağın üsulunu axtarıb tapmışlar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video