12:46 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

bp yarım ilin yekunlarını açıqladı

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 07.08.2021

 

bp 2021-ci ilin birinci yarısının yekunları barədə məlumat yayıb. Məlumatda şirkətin operatoru olduğu layihələr çərçivəsində cari ilin ilk 6 ayında qazanılan nailiyyətlərdən bəhs edilir.

Şirkətdən bildirilir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasilat təhlükəsiz və etibarlı şəkildə davam edir. Yarım il ərzində AÇG-dən hasilat gündə orta hesabla 468 min barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olub. “Çıraq”dan gündəlik orta hasilat 30 min, “Mərkəzi Azəri”dən 111 min, “Qərbi Azəri”dən 118 min, “Şərqi Azəri”dən 78 min, “Dərinsulu Günəşli”dən 88 min və “Qərbi Çıraq”dan 43 min barel təşkil edib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə “Qərbi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında “Azəri Mərkəzi Şərqi “ (ACE) layihəsi, eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz davam edib.

İlin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri də ahəngdar fəaliyyət göstərib. Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankerə yüklənib və yola salınıb. Kəmər 2006-cı ilin iyun ayında istismara veriləndən bəri isə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edib və bu neft Ceyhanda 4796 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

“Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edir. “Şahdəniz” qazı 2020-ci il dekabrın 31-dən başlayaraq Avropa bazarlarına da çatdırılır. İlin ilk altı ayı ərzində yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib.

bp həmçinin bildirir ki, “Şəfəq-Asiman” və D230 dəniz bloklarında, eləcə də  Abşeron yarımadasının dayazsulu hissəsində planlaşdırılan işlər qrafikə uyğun irəliləyir.

Məlumatlarda birinci yarımilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayının 2344 nəfər olduğu (buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir) da diqqətə çatdırılır. Həmçinin qeyd olunur ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardan ibarətdir.

2021-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrini də davam etdiriblər. Bu müddətdə şirkət ölkəmizdə sosial layihələrə təxminən 0,5 milyon dollar xərcləyib.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM