30 Iyun 2012 01:06
462
Təhsil
A- A+

bp tələbələrə mükafat verdi

 

bp şirkəti Azərbaycan Dövlət Neft Akademiyasının bir qrup birinci və ikinci kurs tələbəsinə özünün illik xüsusi mükafatlarını təqdim etdi.

bp-nin illik xüsusi mükafatlar proqramı şirkətin Azərbaycanda təhsilin inkişafını dəstəkləmək öhdəliyinin bir hissəsidir. Bu proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.

bp-nin Bakıdakı Hilton hotelində keçirdiyi tədbirdə Neft Akademiyasının 60 tələbəsinə 2012-ci ilin xüsusi mükafatları təqdim edildi. Tələbələrdən 30 nəfəri akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir. Onlara xüsusi mükafat kimi kompyuterlər verildi. Qalan 30 nəfər ikinci kurs tələbəsidir. Onları bp riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testlərin nəticələri əsasında seçib. Onlara ingilis dili bilgilərini təkmilləşdirmək üçün bp-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verildi. Bu bilgilər onların texniki sahələrdəki biliklərini artıracaq.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video