03:16 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BP şirkətinin Milli Olimpiya və Paralimpiya komitələri ilə əməkdaşlığının on illik yubileyinə həsr edilmiş tədbir keçirilib
ANA SƏHİFƏ / İDMAN
23:06 12.10.2021

 

Oktyabrın 12-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında BP şirkətinin MOK və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə əməkdaşlığının 10 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMPK-nin prezidenti İlqar Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons, olimpiyaçılar və paralimpiyaçılar iştirak ediblər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə dünyanın ən böyük enerji təchizatçılarından olan BP şirkəti ilə əməkdaşlığın Londonun ev sahibliyi etdiyi XXX Yay Olimpiya və XIV Yay Paralimpiya oyunları ərəfəsində başlandığını bildirib. Diqqətə çatdırılıb ki, ötən 10 il BP şirkətinin təkcə Olimpiya və Paralimpiya komitələri, həmçinin olimpiyaçı və paralimpiyaçılar üçün sponsorluğu ilə deyil, həm də bir sıra mühüm əməkdaşlıq layihələri ilə diqqəti cəlb edir: “BP şirkəti ilə əməkdaşlıq yüksək səviyyədə davam edir. Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra daha da güclənəcək. Qabaqcıl idmançılarımız BP-nin təqaüdlərini alırlar. Bu əməkdaşlıq təkcə BP ilə MOK arasında deyil, həm də ölkələrimiz arasında davam edir”.

Çingiz Hüseynzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ruhlanan idmançılarımızın Tokio Yay Olimpiya və Paralimpiya oyunlarında yüksək nəticələr qazandıqlarını vurğulayıb.

AMPK-nin prezidenti İlham Rəhimov BP şirkəti ilə on ildən artıq müddətdə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini bildirib. O, 2019-cu ildə keçirilən “Yenilməzlər” adlı beynəlxalq qala tədbirində fiziki məhdudiyyətli insanların həyat hekayələrinin kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim edərək uğur yolunu göstərməyə çalışdıqlarını qeyd edib. Diqqətə çatdırıb ki, BP şirkəti bu böyük tədbirin, eləcə də bir sıra yarışların təşkilinə böyük dəstək verib. Müxtəlif idman yarışlarının, xüsusilə beynəlxalq turnirlərin, Qran-prilərin, Uşaq Paralimpiya Oyunlarının keçirilməsində BP bizə böyük dəstək verib. Azərbaycan dövlətinin ölkəmizdə Paralimpiya hərəkatının inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərdiyini vurğulayan İ.Rəhimov biznes qurumlarının komitənin layihələrində yaxından iştirak edərək idmanın inkişafına dəstək vermələrinin önəmini vurğulayıb.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons komandamızın Tokio Paralimpiadasında tarixi nəticə qazandığını vurğulayaraq deyib: “Paralimpiya Oyunlarında 19 medal qazanan Azərbaycan idmançılarının tarixi nəticə əldə edərək 163 ölkə arasında ilk 10-luğa daxil olması möhtəşəm nailiyyətdir. Ötən illər ərzində ən vacib idman tədbirlərində - “London-2012”, “Bakı-2015”, “Rio-2016”, “Bakı-2017”, nəhayət, “Tokio-2020”də bir yerdə olduq, birgə fəaliyyət göstərdik. Səfir idmançıların arxasında dayanmaq və onların Azərbaycan uğrunda necə yarışdıqlarının şahidi olmaq bizim üçün şərəf idi”.

Sonra idmançılar Oloxan Musayev, Hacı Əliyev və digərləri çıxış edərək pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan komandasının Olimpiya və Paralimpiya oyunlarında uğurla çıxış etdiklərini bildiriblər.

Daha sonra BP şirkətinin MOK və AMPK ilə əməkdaşlığının 10 illik yubileyi münasibətilə idman ictimaiyyətinin nümayəndələrinə, olimpiyaçılara və paralimpiyaçılara xüsusi hədiyyələr təqdim edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM