11:13 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük Yekaterinanın uğurlarının səbəbkarı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:13 18.04.2021

 

İosif Stalin hesab edirdi ki, Rusiya imperatriçası, Böyük Yekaterina adlanan II Yekaterinanın dahiliyi  onun dövləti idarə etmək üçün Potyomkini seçməsində idi.

Qriqori Aleksandroviç  Potyomkin II Yekaterina ilə dövləti təxminən 20 il birlikdə idarə ediblər. Potyomkin bir gözünün kor olmasına görə utanırdı. Bunu gizlətmək üçün onun rəsmi həmişə yan rakursdan çəkilirdi.

Yekaterinanın 67 illik ömründə ən azı 12 sevgilisi olub. O, çox nadir hallarda sevgi münasibətini özü bitirirdi. Yekaterina öz sevgililərini rəsmi mövqeyə gətirib və Potyomkin ona bu işdə kömək edib. İmperatriça diqqət edirdi ki, sevgililəri Potyomkinə ehtiram göstərsin. İmperatriçanın sevgi həyatında sabitlik olanda Potyomkin tarixdə öz yerini tutmaq üçün zaman qazanırdı. Bu sevgi münasibətləri Potyomkinə özünə çar kimi davranmasına imkan verirdi.

Potyomkinin hərb sahəsində nail olduqları da ehtirama layiqdir. Lakin hesab edilir ki, Potyomkin hərb tarixi baxımından layiq olduğu qiyməti almayıb. Yekaterina da etiraf edirdi ki, Potyomkin ona yalnız qələbələr gətirib. Çox az sayda general belə qələbələrlə qürrələnə bilər.

Potyomkinin ölümü Yekaterinanın həyatında boşluq yaratdı o, bu boşluğu heç vaxt doldura bilmədi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM