23 Sentyabr 2012 01:09
434
Oxucu məktubları
A- A+

Böyük intibahın kiçik qüsurları

 

Hörmətli redaksiya!

Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyənin də inkişafı fərəh doğurur. Paytaxtda, rayon mərkəzlərində yeni tikilən, təmir edilən tibb ocaqları göz oxşayır. Azərbaycana gətirilən tibbi avadanlıqlar isə dünyanın ən müasir klinikalarındakından heç də geridə qalmır. Dəfələrlə elə olub ki, xaricdən gələn qonaqlar, ölkənin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz belə müasir avadanlıqlarla təchiz olunan klinikaların yalnız inkişaf etmiş dövlətlərdə olduğunu qeyd ediblər. Həqiqətən də bizdə savadlı, zəngin təcrübəyə malik və daim biliklərini artıran, dünyanın ən müasir klinikalarında təcrübə keçən mütəxəssislər kifayət qədərdir. Hətta bu yaxınlarda İrana həkimə gedən qohumlarımızdan biri qayıdıb gileylənirdi ki, onların biliyi bizim həkimlərinkindən artıq deyil.

Ancaq məni bizim həkimlərin işində qane etməyən odur ki, xəstəliklə bağlı müraciət edəndə birincisi çoxlu dərman yazırlar. Axı bir neçə dərmanda əks göstərişlər üst-üstə düşərsə, başqa bir xəstəliyin yaranması ehtimalı da artır. Niyə bunu nəzərə almırlar? Bəzən də elə olur ki, belə dərman buketi fayda vermir, gəlirsən yenidən həkimin yanına, o da səni dinləyib ikinci resepti yazır. Sözümün canı odur ki, ixtisasının tələblərinə uyğun biliklərə malik olmayan bəzi həkimlər bizi müalicə edirlər, qədərindən artıq dərmanla yükləyirlər və effekti də, təbii ki, olmur. Klinikalara tez-tez müraciət edənlərin əksəriyyətinə elə gəlir ki, həkimlərlə apteklər arasında bir əlaqə var və dərmanların çox yazılmasında səbəblərdən biri də həkimlərə satışdan faizin verilməsidir. 5 nömrəli xəstəxanada həkimlərdən birinin qapısında belə bir yazı görmüşdüm: "Dərman təklif etməyin!" Əgər dilerlər həkimlərə satış üçün müxtəlif preparatları təklif edirlərsə, deməli, faiz də verirlər.

Əslində klinikalar, xəstəxanalar yaxşı mütəxəssisləri cəlb etməli, savadsız, insanların sağlamlığına ziyan vuran həkimlərdən isə uzaq olmalıdırlar. Sadə bir misal gətirim: "Mətbuat Şurası neçə ildir ki, "reket" jurnalistlərlə mübarizə aparır, onların adlarını açıqlayır, mütəmadi dərc edilən yazılarda mətbuatın "reketçilik" və dilənçiliklə məşğul olan qanadını qınaq hədəfinə çevirir, ifşa edir. Daxili İşlər Nazirliyinin və bir sıra başqa qurumların nəzdində daxili qaydalara nəzarət edən qurumlar fəaliyyət göstərir.  Mən o fikirdə deyiləm ki, həkimlər üçün repressiv bir mexanizm yaradılsın. Əksinə, səhiyyənin işi elə qurulmalıdır ki, bisavad həkim də "reket" jurnalist kimi qınaq obyektinə çevrilsin.

Həkim-payient münasibətlərində boşluqlar mövcuddur. Olar bilər ki, həkimlərin də xəstələrdən haqlı narazılıqları olsun - vaxtlı-vaxtında müayinədən keçmirlər, ayaqları yerdən üzülüb xərəyə yıxılanda xəstəxanaya müraciət etmək məcburiyyətində qalırlar.

Səhiyyə Nazirliyinin dərmanların satışının tənzimlənməsi, saxta və ya qeyri-qanuni satışa çıxarılan dərmanların yığışdırılması ilə bağlı həm əhaliyə müraciətləri olur, həm də görülən tədbirlərlə bağlı məlumatlar da verirlər. Ancaq bu yaxınlarda aptekdən aldığım şəkər dərmanını açıb görürəm ki, təyinat Azərbaycan dilində yazılmayıb. Heç nə başa düşmək olmur.

Ölkəmizdə səhiyyənin bugünkü intibahının ümumi mənzərəsində belə çatışmazlıqların qalması əslində təəccüb doğurur.

 

Dürdanə AĞAYEVA,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video