29 Sentyabr 2021 22:26
601
CƏMİYYƏT
A- A+

Bolqarıstanın vitse-prezidenti Azərbaycan vətəndaşlarının hüquqlarının Ermənistan tərəfindən pozulması barədə məlumatlandırılıb

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının vitse-prezidenti İliana İotova ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, səmimi qəbula görə təşəkkürünü ifadə edən Səbinə Əliyeva İ.İotovaya Ombudsman təsisatın beynəlxalq əlaqələri, dünya ictimaiyyətinə ünvanlanmış hesabatlar və müraciətlər barədə məlumat verib.

Ombudsman Ermənistan tərəfindən azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, 30 ilə yaxındır qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızın insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. O, həmçinin çıxışında Birinci və İkinci Qarabağ müharibələri nəticəsində itkin düşmüş azərbaycanlıların sayı barədə məlumat verib, bu günədək onlar barədə Ermənistan tərəfindən heç bir məlumatın verilmədiyini diqqətə çatdırıb.

Görüşdə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin aparıldığı qeyd olunub. Ombudsman vurğulayıb ki, həmin ərazilərdə basdırılan minalar bu prosesə, xüsusilə də məcburi köçkünlərin həmin bölgələrə qayıdaraq məskunlaşmasına ciddi maneə yaradır. S.Əliyeva Ermənistan tərəfinin basdırdığı minaların xəritələrini təqdim etməməsinin çox sayda azərbaycanlının ölümünə və yaralanmasına səbəb olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyi və mina xəritələrinin verilməsi ilə bağlı çağırışlar xüsusi əhəmiyyət daşıyır.

Öz növbəsində İ. İotova ombudsmana ətraflı məlumata görə təşəkkürünü bildirib. O, qarşılıqlı əlaqələrin inkişafı baxımından Azərbaycanın Ombudsman Aparatı ilə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video