16 Oktyabr 2021 12:20
1172
Mədəniyyət
A- A+

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar konsert proqramı təqdim edilib  

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 15 oktyabrda Sofiya şəhərinin mərkəzi konsert zalında Bolqarıstanın tanınmış musiqiçisi və dirijoru Minko Lambovun rəhbərliyi altında “Sofiya” simfonik orkestri və tanınmış tar ifaçısı, Azərbaycanın Əməkdar artistı Sahib Paşazadənin müşayiəti ilə konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə baş tutmuş konsertdə Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.

Tədbirdə çıxış edən səfir Hüseyn Hüseynov 1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına əsasən, Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etdiyini söyləyib.

Səfir Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələrinin birgə yaşayaraq əsrlər boyu formalaşdırdığı etnik, dini və dil tolerantlığın ictimai düşüncəyə dərindən sızdığını, müsəlman Şərqində ilk dünyəvi təhsil, opera, balet və simfonik sənət məktəbinin məhz Azərbaycanda yarandığını vurğulayıb.

Dövlət müstəqilliyinin bərpası yolunda ilk addımlardan etibarən Azərbaycan Ermənistanın silahlı təcavüzü və etnik təmizləməsi ilə müşahidə olunan ciddi təhdid və çağırışlarla üzləşib. Bu təcavüz dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib.

H.Hüseynov qeyd edib ki, daxili siyasi sabitliyin təmin edilməsi, uğurlu daxili və xarici siyasət, bütün sahələrdə genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyimizin bağları tədricən möhkəmlənib, ordu güclənib və iqtisadiyyat inkişaf etməyə başlayıb. O, Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdiyini böyük qürur hissi ilə qeyd edib.

Diplomat müstəqil Azərbaycanın dünyada yaşayan bütün azərbaycanlıların qürur və ilham mənbəyi olduğunu bildirib. O, ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu səmərəli şəkildə həyata keçirdiyinə diqqət çəkərək bunun insanlar arasında etimad mühitinin gücləndirilməsinə xidmət etdiyini və beləliklə, sivilizasiyalar arasında dialoqa mühüm töhfə verdiyini qeyd edib. Azərbaycan dünyaya sübut edib ki, müsəlmanlar, xristianlar və yəhudilər Azərbaycanın çox mədəniyyətlilik damı altında çiyin-çiyinə birgə yaşaya, döyüşə və Vətən uğrunda canlarından keçə bilərlər.

Səfir təqdim olunan konsert proqramında Azərbaycan və Bolqarıstan musiqiçilərinin birgə ifası ilə Qərb və Şərq musiqi mədəniyyətinin tərənnüm etməsini multikulturalizm ideyaları və dəyərlərinin parlaq nümunəsi olduğunu vurğulayıb.

Konsert proqramı çox saylı izləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video