23:43 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bölgələrdə enerji təchizatının keyfiyyətinin yüksəldilməsi üçün işlər davam edir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 07.05.2021

 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, Şimal-Qərb Regional Enerji Təchizat və Satış İdarəsinin struktur tərkibindəki Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik Şəbəkələrinin xidməti ərazilərində olan istehlakçıların, xüsusilə də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə genişmiqyaslı işlər davam edir.

Son bir il ərzində Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 16 ədəd yarımstansiya yenidən qurulub, iki ədəd yeni yarımstansiya tikilərək istismara verilib. İki ədəd yeni yarımstansiyanın isə istismara verilməsi istiqamətində son tamamlanma işləri aparılır. Hava elektrik veriliş xətləri, transformator məntəqələri yenilənir.

Xüsusilə kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və KTM-lər yenilənir. Son bir il ərzində 4 yaşayış massivinin 0.4 kV-luq şəbəkəsi izolyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0.4 kV-luq şəbəkədə yenidənqurma işləri aparılıb.  Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətyanı sahələrdən çıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur.

Qeyd edək ki, Şimal-Qərb RETSİ-si üzrə 202 min 261 əhali, 19 min 531 qeyri-əhali olmaqla ümumilikdə 221 min 792 abonent elektrik enerjisi ilə təchiz edilir.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM