11 Noyabr 2021 21:59
782
PARLAMENT
A- A+

Bob Bləkmən: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməsi ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb

 

Noyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə Milli Məclisin sədri Azərbaycan və Böyük Britaniya arasında strateji xarakter daşıyan münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. Böyük Britaniyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran Sahibə Qafarova gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını bildirib. İki ölkə arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Milli Məclisin sədri xüsusilə iqtisadiyyat və enerji sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərimizin rolunu vurğulayaraq işçi qrupların fəaliyyətini yüksək qiymətləndirib. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir. Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyətinin Zəfər Günündən dərhal sonra ölkəmizə səfər etməsi bu qrupun 44 günlük Vətən müharibəsi dövründə də ölkəmizin haqlı mövqeyinə verdiyi dəstəyin davamı kimi qiymətləndirilə bilər.

Bu günlərdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümünü böyük təntənə ilə qeyd etdiyini xatırladan Sahibə Qafarova deyib ki, ötən il Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq, özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Azərbaycan bu Qələbə sayəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədləri öz gücü hesabına həyata keçirib. Münaqişənin artıq tarixdə qaldığını diqqətə çatdıran Sahibə Qafarova Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı bütün ərazilərimizi, şəhər və rayonlarımızı, yaşayış obyektlərini, infrastrukturu, tarixi, mədəni və dini abidələri tamamilə dağıtdığını deyib.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandığını bildirib. Bob Bləkmən ölkəsinin regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

O, ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətinin üzvləri ilə birlikdə işğaldan azad olunmuş Şuşa şəhərində və Füzuli rayonunda olduğunu və həmin ərazilərdə törədilmiş dağıntıları öz gözləri ilə gördüklərini deyib. Dostuq qrupunun rəhbəri, həmçinin Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işlərini də xüsusilə vurğulayıb.

Görüşdə çıxış edən Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvləri - Lord Con Kilkluney və Devid Duquid ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafından danışıblar. Qeyd ediblər ki, ölkələrimiz arasında enerji sahəsində mövcud olan əməkdaşlıq iqtisadi sahədə əlaqələrin inkişafına əsaslı töhfələr verib. 1994-cü ilin sentyabrında "Əsrin müqavilə"si imzalanan vaxtdan Britaniyanın "BP" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin əsas operatorlarından biri olmaqda davam edir. Qonaqlar, həmçinin humanitar sahədə də əlaqələrin əhəmiyyətini qeyd edərək, təhsil sahəsində əməkdaşlığın uğurlu nəticələrini vurğulayıblar.

Qeyd edək ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində işğaldan azad olunan Şuşa və Füzuli şəhərlərində olub. Noyabrın 9-da Böyük Britaniya parlamentinin İcmalar Palatasında qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığı vaxtda dostluq qrupunun üzvlərinin Şuşa şəhərində səfərdə olması qrupun bu mövzularda mövqeyini və Azərbaycanın haqlı mübarizəsinə dəstəyini aydın şəkildə təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video