22 Yanvar 2021 22:27
771
DÜNYA
A- A+

BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi bu gündən qüvvəyə minir

 

BMT-nin 2017-ci ildə qəbul etdiyi Nüvə Silahının Ləğvi Barədə Müqavilə bu gündən qüvvəyə minir. Həmin müqavilənin qəbulu üçün 122 dövlət səs verib. Ötən ilin oktyabrında isə müqavilə onu ratifikasiya etmiş 50 dövlətin ərazisində qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar videomüraciət yayan BMT-nin baş katibi Antonio Quterreş müqavilənin qüvvəyə minməsini nüvə silahından azad olmuş dünyanın yaranması istiqamətində mühüm addım adlandırıb. Baş katib dünyanın bütün dövlətlərini ümumi kollektiv təhlükəsizliyin təmin edilməsi üçün birgə çalışmağa dəvət edib. A.Quterreş deyib ki, nüvə partlayışlarından və sınaqlarından sonra sağ qalanlar bu faciələrin canlı şahidləridir və müqavilənin əsasında dayanan əsl mənəvi gücdürlər.

Qeyd edək ki, müqavilə nüvə silahının hazırlanması, istehsalı və istifadəsini qadağan edir.

Lakin dünyada nüvə silahına malik olan dövlətlərin heç biri bu müqaviləni imzalamış 86 və ratifikasiya etmiş 51 dövlətin siyahısına daxil deyil.

Bundan əlavə, nüvə silahına qabaqlayıcı vasitə kimi baxan NATO üzvləri, həmçinin Yaponiya və Cənubi Koreya da müqaviləyə qatılmayıblar. Bu isə o deməkdir ki, müqavilənin qüvvəyə minməsinə baxmayaraq, bu sursat heç də dərhal azalmayacaq.

Müqaviləyə qoşulan dövlətlər ümid edirlər ki, nüvə silahının qeyri-qanuni elan olunması bu silaha malik olan bütün ölkələr üçün mühüm təzyiq vasitəsinə çevriləcək. Bu dövlətlər müqaviləni ratifikasiya etmiş ölkələrin sayının cari ildə 100-ə çatacağına ümid edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video