07 Sentyabr 2021 21:27
586
DÜNYA
A- A+

BMT-dən xəbərdarlıq: Əfqanıstan əhalisini aclıq təhlükəsi gözləyir

 

Əfqanıstanda ərzaq və həyat üçün zəruri olan digər mallar tükənmək üzrədir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin humanitar fəaliyyət üzrə koordinasiya idarəsi xəbərdarlıq edib.

“Yemək və həyat üçün zəruri olan başqa mallar tezliklə qurtaracaq. Biz beynəlxalq donorları sürətli və səxavətli dəstək verməyə səsləyirik”, - Fransa KİV-i idarənin nümayəndəsi Yens Layerkin bu sözlərini sitat gətirib.

Təşkilatda bildiriblər ki, əhalisi aclıq təhlükəsi ilə üzləşmiş Əfqanıstana kömək üçün 600 milyon dollar toplamaq lazımdır. Bu bəyanat Əfqanıstana yardım üzrə beynəlxalq konfrans ərəfəsində səsləndirilib.

Bundan əvvəl ekspertlər qeyd ediblər ki, Əfqanıstan çox ciddi ərzaq qıtlığı qarşısındadır. Bu, həm ölkədəki qeyri-sabitlik, həm də məhsul azlığı ilə izah olunur. Belə bir şəraitdə ölkə xarici ərzaq yardımından çox asılı vəziyyətə düşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video