15:10 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BMT Baş Assambleyası sessiyasının əsas mövzuları açıqlanıb

ANA SƏHİFƏ / DÜNYA
00:19 17.09.2021

 

Sessiyada pandemiyaya qarşı mübarizə, iqlim dəyişikliyi və dünyanın ərzaq təminatı məsələləri müzakirə olunacaq

 

Xəbər verildiyi kimi, Nyu Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasının təntənəli açılışı olmuşdur. Sessiyanın yüksəksəviyyəli həftəsi sentyabrın 21-27-də keçiriləcək. İclaslarda pandemiya ilə mübarizə və iqlim dəyişikliyi problemləri müzakirə ediləcək. Bundan əlavə, ərzaq və energetika məsələləri də diqqətdə olacaq.

BMT-nin Mətbuat xidmətinin məlumatında bildirilir ki, bu sessiya 2020-ci ilin tamamilə virtual təşkil olunan iclaslarından çox fərqlənəcək. Təşkilatın yaydığı presrelizdə deyilir ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının da COVID-19 pandemiyası şəraitində keçirilməsinə baxmayaraq, bu, liderlərə (onların bəziləri assambleyanın zalında olacaq) aktual qlobal problemləri həll etməyə mane olmayacaq.

Qeyd olunur ki, bu il Baş Assambleyanın sessiyasının formatı dünyada mövcud vəziyyəti əks etdirir. Belə ki, tədricən əyani iclaslara  qayıtmaq və işi onlayn rejimdə saxlamaq nəzərdə tutulur. Sentyabrın 20-də dövlət başçılarının bir hissəsi müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil-qərargahına gələcək. Lakin əksəriyyət evdə qalacaq və öz mesajlarını video vasitəsilə ötürəcək.

Dövlət başçıları və digər məmurlar üçün BMT Baş Assambleyasının ən vacib aspektlərindən biri həmkarları ilə üz-üzə olan qeyri-rəsmi görüşlər keçirmək imkanıdır. Amma hələ ki, liderlərdən kimin Nyu Yorka gələcəyi dəqiq məlum deyil.  Son məlumata əsasən, BMT Baş Assambleyasında 83 dövlət başçısının iştirakı gözlənilir. Bununla yanaşı, 26 lider onlayn çıxış üçün qeydiyyatdan keçib.

Sessiyada pandemiyaya qarşı mübarizə, xüsusilə zəngin ölkələrin daha yoxsul ölkələrə dəstək məsələsi qaldırılacaq. Həmçinin yeni ərzaq sistemlərinin yaradılması (burada yetişdirilən məhsullardan ətə qədər sağlam və kalorili qidanın çatdırılması ilə bağlı bütün məsələlər nəzərdə tutulur), iqlim böhranı problemləri, mədən yanacağı və bərpa olunan enerji mənbələrindən istifadə mövzuları da gündəmdə olacaq.

Bu mövzular çərçivəsində BMT-nin Baş katibi Antoniu Quterreşin təşəbbüsü ilə  sentyabrın 23-də təşkilatın ərzaq sistemləri üzrə ilk sammiti keçiriləcək. Həmin gün Təhlükəsizlik Şurasında iqlim və təhlükəsizlik məsələləri üzrə xüsusi müzakirələr də gözlənilir. Sentyabrın 24-nə isə energetika üzrə yüksəksəviyyəli dialoq planlaşdırılıb.

ABŞ Prezidenti Co Baydenin gələn həftə ilk dəfə BMT Baş Assambleyasında çıxışı gözlənilir. Bu barədə Ağ evin Mətbuat xidməti bildirib. Məlumatda deyilir ki, Prezident BMT Baş Assambleyasında çıxış etmək üçün sentyabrın 21-də Nyu Yorka gedəcək.

Bundan əvvəl ABŞ lideri pandemiyaya qarşı mübarizədə digər dövlətlərə yardım etmək üçün yeni tədbirlər həyata keçirmək niyyətində olduğunu bəyan etmişdi.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM