14:53 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bizim kənd də qazlaşdırıldı
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:08 19.08.2018

 

Yaxınlaradək bizim kəndin sakinləri yanacaq sarıdan korluq çəkirdilər. Qış aylarında bu, özünü daha çox göstərir, əhali xeyli pul xərcləyirdi.

Bu günlərdə kəndimizə qaz xəttinin çəkilişi başa çatdırıldı, 193 mənzildə mavi alov şölələndi. Bu münasibətlə keçirilən mərasimdə bildirildi ki, kəndə mavi yanacağın verilməsi üçün 4 kilometr uzunluğunda yeni qaz xətti çəkilmiş, küçələrdə tənzimləyici şkaflar qoyulmuş, mənzillər qaz sayğacları ilə təmin edilmişdir.

Qeyd edildi ki, belə layihələr ölkə rəhbərinin sərəncamları, göstəriş və tapşırıqları ilə reallaşır. Görülən bütün işlər xalqa daha yaxşı güzəran qurmaq, sabahını daha gözəl etmək məqsədi daşıyır. Mərasimdə çıxış edən kənd sakinləri də göstərilən bu qayğıya görə dövlət başçısına və çəkilişdə əməyi olan insanlara dönə-dönə minnətdarlıqlarını bildirdilər.

 

Firdovsi ƏLİYEV,

Goranboy rayonunun Sarov kənd sakini

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM