15 Sentyabr 2020 23:15
1397
Elm və texnika
A- A+

“Biz türklərik! Çadırımız göy qübbəsi” kitabının onlayn təqdimatı keçirilib


Sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən "Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın onlayn təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri nəşrin elmi redaktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov açaraq, Bakı Dövlət Universitetinin dosenti Nərman Qocatürkün İstanbulda türk dilində çap edilmiş bu kitabının türk xaqanlıq tarixinə həsr edildiyini bildirib. Diqqətə çatdırıb ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin "Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” fikirləri ilə açılır.

Təqdimat mərasimində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev, Bakı Dövlət Universitetinin professoru Ələmdar Şahverdiyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibinin müavini Əli Yıldız, İstanbuldan tədbirə qoşulan Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Ələddin Böyükkaya, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat, Türk Ticarət və Sənaye Palatasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının Baş katibi Adem Kula, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, layihənin rəhbəri Məmməd Musayev, kitabın müəllifi Nərman Qocatürk, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.

Çıxışlarda kitabın təqdimatının əlamətdar bir gündə - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümündə keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, tədqiqatçı Nərman Qocatürk kitabında türk dövlətçilik tarixinin əsas prinsiplərini əks etdirib. Əsərdə türk tarixinin keşməkeşli və şanlı səhifələrinə nəzər salınır ki, bu da tariximizə yenidən baxmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamları xalqlarımızın və ölkələrimizin əbədi birliyindən soraq verir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrində Türkiyə önəmli yer tutur. Kitabda türk birliyinə xidmət edən bu və digər tarixi anlara geniş yer verilib. Maraqla oxunan bu əsər gənc nəslin tərbiyəsi baxımından da önəmlidir.

Çıxışlarda türk tarixinə işıq salan belə layihələrin davam etdiriləcəyinə əminlik ifadə olunub.

Kitab Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Türkiyə Odalar və Borsalar Birliyinin rəyi ilə çap edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video