21:44 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Biz 10 milyonuq!
ANA SƏHİFƏ / SİYASƏT
00:56 09.04.2019


Demoqrafik artım həm də sosial rifahın, iqtisadi yüksəlişin, ictimai sabitliyə əminliyin təzahürüdür


Sayımız 10 milyona çatdı. Qürurverici məqamdır...

Bu gün əhalisinin sayına görə dünyanın 247 ölkəsi arasında 88-ci yerdə qərarlaşan Azərbaycan Avstriya, Bolqarıstan, Belarus kimi ölkələri geridə qoyur.

Müstəqillik tariximizlə müqayisə etdikdə isə daha maraqlı mənzərənin şahidi oluruq. Əgər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə ölkə əhalisinin sayı 1,9 milyon idisə, bu gün bu sayın 5 dəfə artdığını görürük. 1991-ci ildə müstəqillik yenidən elan ediləndə isə əhalinin sayı 7,2 milyon nəfər idi. 28 ildə 2,8 milyon nəfər, yəni 40 faizə yaxın artmaqla bu gün 10 milyon nəfərik.

Dünyanın bir çox ölkəsində əhalinin sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda artım davam edir. Təbii ki, demoqrafik artımı şərtləndirən amillər - sosial tərəqqi, iqtisadi yüksəliş və daxili təhlükəsizlik olmadığı halda ölkədə hansısa artımdan söhbət gedə bilməz. Əhalisinin sayı hər il sabit şəkildə artan Azərbaycan məhz belə ölkələrdəndir. Yəni həyata keçirilən sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub.

2003-cü ildən ölkədə reallaşmağa başlayan sosial-iqtisadi islahatlar, əldə olunmuş davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərib. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin, xüsusən körpə ölümünün azalması bugünkü reallığı təcəssüm etdirir.

Əslində 10 milyonuncu Azərbaycan vətəndaşı, gözəl Mehriban balanın məhz 2019-cu ildə dünyaya gəlişinin də bir rəmzi mənası var. Onun mövludu Azərbaycanda islahatların ən yüksəkkeyfiyyətli mərhələsinə təsadüf edir. İlin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar 3 milyondan artıq vətəndaşın sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər, Prezident təqaüdləri orta hesabla 50-100 faiz qaldırılıb.

16 il öncə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanan İlham Əliyev iqtisadiyyatın yüksəlməsi, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi layihələrdən əldə edilən dividendlər hesabına bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar atır. Həyata keçirilən sosial siyasət əhalinin rifah halının yüksəlməsinə, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Müharibə şəraitində olmasına baxmayaraq, bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan daha qüdrətli dövlətə çevrilmək istiqamətində inamla irəliləyir.

Doğulan hər körpə dünyaya ümid, sevinc, gözəllik gətirdiyi kimi, Mehriban balanın da ayağı Azərbaycan üçün xeyirli-düşərli olar və 10 milyonluq Azərbaycan hər keçən gün yeni-yeni uğurlara imza atar!..

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM