26 Avqust 2021 19:54
1273
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak edib

 

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın yeni binasının açılışında iştirak etdi.

Birinci vitse-prezident təhsil kompleksində yaradılan şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə onun yerində gimnaziyanın yeni binası tikilib.

Diqqətə çatdırılıb ki, xarici dillər təmayüllü gimnaziya 1029 şagird yerlikdir. Gimnaziyanın yeni binasında sinif otaqları, laboratoriya otaqları, informatika sinfi, hərbi hazırlıq otağı, kitabxana, yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən Laçın məktəbinin binası, yataqxana korpusu da yenidən inşa edilib. 216 şagird yerlik Laçın rayonu 32 nömrəli tam orta məktəbində 12 sinif otağı, akt və qapalı idman zalları da fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası yaradılıb. Ərazidəki yataqxana korpusu 185 yerlikdir. Üçmərtəbəli yataqxana binası zəruri mebel və avadanlıqlarla təchiz edilib.

X X X

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsində istifadəyə verilən 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusu ilə tanış oldu.

Məlumat verildi ki, 1972-ci ildən fəaliyyət göstərən 12 saylı xüsusi internat məktəbində dayaq-hərəkət pozğunluğu olan sağlamlıq imkanları məhdud 6-14 yaş həddində 120 şagird təhsil alır. Tədris korpusunun daxilində yerləşən yataqxana Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq tədris otaqlarına uyğunlaşdırılıb və müəssisənin ərazisində yeni yataqxana korpusu inşa edilib. Yeni yataqxana korpusu üçmərtəbəli olmaqla 128 nəfərlikdir. Korpusda yemək zalı, mətbəx sahəsi, tibb otağı, istirahət zonası, kitabxana, asudə vaxtın təşkili otaqları yaradılıb.

X X X

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, bu uşaq bağçası da Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisəsinin yenidən qurulması işinə daha bir töhfəsidir. Vaxtilə fərdi yaşayış evi kimi inşa olunan bina 1957-ci ildən uşaq bağçasına uyğunlaşdırılıb. 1937-ci ildə inşa olunan bina qəzalı vəziyyətdə olduğundan sökülərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə yerində yeni bağça binası inşa edilib.

İstifadəyə verilən üçmərtəbəli uşaq bağçasında oyun otaqları, idman, musiqi və rəsm zalları, yataq otaqları, yeməkxana, tibb otağı, geyinib-soyunma otaqları və digər texniki otaqlar yaradılıb. Bağça zəruri mebel və avadanlıqlarla təchiz edilib. Uşaqların asudə vaxtının təşkili məqsədilə açıq havada oyun meydançası da yaradılıb, ərazi yaşıllaşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video