30 Dekabr 2019 22:48
2639
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub


Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Heydər Əliyev Fondu tərəfindən Uşaq Psixonevroloji Mərkəzində aparılan əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub, mərkəzin yeni korpusunun açılışında iştirak ediblər.

AZƏRTACxəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində yaşayan və müalicə alan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlandı.

Məlumat verildi ki, uşaqların müayinə və müalicəsi üçün geniş və müasir mərkəzin yaradılmasının zəruri olduğunu nəzərə alaraq, 2009-cu ildə Heydər Əliyev Fondu Bakı şəhərində Psixonevroloji Uşaq Mərkəzi inşa etdirib. Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Mərkəzdə uşaqlara baş çəkirlər.

Mərkəzdə əsasən autizm, serebral iflic, əqli gerilik və ləngimələrdən əziyyət çəkən uşaqlar müalicə olunurlar. 2015-ci ildə təmir edilən bina bu il Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunub və əlavə 2 mərtəbəli yeni korpus inşa edilib. Yüz çarpayılıq Mərkəzdə 100-ə yaxın uşaq tibbi xidmətlərdən yararlanır. Valideyn himayəsindən məhrum olan 24 uşaq isə stasionar şəraitdə uşaq evi şöbəsində müalicə alır.

Uşaq Psixonevroloji Mərkəzin yeni inşa edilən korpusu ilə tanışlıqdan sonra Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə müalicə alan uşaqlarla birgə qarşıdan gələn 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarını qeyd etdilər.

Burada uşaqların iştirakı ilə Yeni ilə həsr edilən səhnəcik təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video