21:48 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Azərbaycandakı səfirliyində olub, Kemerovoda yanğın nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib
ANA SƏHİFƏ / BIRINCI VITSE-PREZIDENT
05:03 28.03.2018

Martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazdı.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi, hadisə zamanı xəsarət alanlara şəfa arzuladı.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edərək dedi:

-Rusiya Federasiyasının səfirliyi, bütün Rusiya xalqı adından şəxsən Sizə vaxt taparaq bizim diplomatik nümayəndəliyimizə gəldiyinizə, bu günlərdə bizimlə, bütün Rusiya xalqı ilə olduğunuza görə minnətdarıq.

Azərbaycan xalqının həlak olanların doğmalarının kədərini bölüşdüyünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-İnanın mənə, bilirəm ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbdən bölüşürlər. Hərçənd həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin.

Hərbi attaşe İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirərək dedi:

-Biz bu hadisə ilə əlaqədar səmimi qəlbdən ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmalıdırlar.

Mehriban Əliyeva: Sözsüz. Əsl dostlar üçün sınaq da elə budur: həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləmək.

İqor Lobastev: Sağ olun.

Mehriban Əliyeva: Sağ olun.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM