14 Dekabr 2017 05:12
1241
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirdi. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi vurğuladı və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı qeyd etdi. BP şirkətinin 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva ölkəmizdə bu əməkdaşlığın çox yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu il “Azəri-Çıraq-Günəşli” layihəsinin yeni mərhələsinə start verilib, yeni müqavilə imzalanıb. Bu isə mövcud əməkdaşlığın həm Böyük Britaniyanın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir. “Şahdəniz-2” layihəsində BP-nin əsas investor olduğunu, gələn il TANAP layihəsinin başa çatacağını deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, bu layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən qeyri-neft sektorunda da geniş və uğurlu əməkdaşlığın qurulmasının vacib olduğunu deyən Mehriban Əliyeva diqqətə çatdırdı ki, ticarət dövriyyəsinin artması, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri var. Birinci vitse-prezident bu səfərin əməkdaşlıq baxımından yeni imkanlar yaradacağına əminliyini ifadə etdi.

Xalqlarımızın bir-birini daha yaxından tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan ilə Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd etdi, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində aparıldığını, yüzlərlə azərbaycanlının Böyük Britaniyada təhsil aldığını bildirdi.

Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğuladı. “Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm”, - deyən Mehriban Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirdi.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ölkəmizdə ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışdı, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video