22:52 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib
 
ANA SƏHİFƏ / BIRINCI VITSE-PREZIDENT
18:26 27.08.2021

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı İnstaqram hesabında etdiyi paylaşımda deyilir:

“Hörmətli bacılar və qardaşlar!

Əziz dostlar!

Ad günüm münasibətilə təbriklərə, gözəl və xoş arzulara görə sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir. Sevginizə, səmimiyyətinizə, hörmətinizə və inamınıza görə çox sağ olun. Dərindən hiss etdiyim, məni ilhamlandıran və hər zaman mənə kömək olan qəlblərinizin istisini mənə bəxş etdiyiniz üçün hər birinizə minnətdaram. Ulu Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm. Qoy Uca Allah Azərbaycan xalqını və bizim doğma Vətənimizi qorusun!”.

Sevgilərlə,

Sizin MEHRİBAN”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM